Kürdəmirdə piyadanı vuran sürücü polis tərəfindən tutulub. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 24 yanvar tarixində xəbər verir.
Yanvarın 23-də saat 02:00 radələrində Kürdəmir şəhəri ərazisində şəhər sakini C.Məhərrəmovu müəyyən edilməyən avtomobil vurub.
Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Polis tərəfindən yol-nəqliyyat hadisəsinin “VAZ-21099” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsinin sürücüsü K.Kərimov saxlanılıb.
Araşdırma aparılır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.