Kürdəmirdə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var. Bu barədə Report 3 iyun tarixində xəbər verib.
Rayonun Topalhəsənli kəndindən keçən hissəsində İlham Əliyevin idarə etdiyi “Toyota Prado” markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən əks-istiqamətdən gələn “Ford” markalı mikroavtobusla toqquşub.
Nəticədə mikroavtobusda olan iki nəfər Ağsu sakini – 31 yaşlı Həsənov Orxan Xalid oğlu və 47 yaşlı İmanzadə Natiq Əli oğlu, o cümlədən “Toyota Prado”nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
