TÖVSİYƏ XƏBƏRLƏR

Kürdəmirdə Zəfər Günü münasibətilə fləşmob keçirilib

Kürdəmirdə 8 Noyabr – Zəfər Günü münasibətilə rayon məktəbliləri maraqlı fləşmob təşkil ediblər. Bu barədə 8 noyabr tarixində Report məlumat verib.

Fləşmob rayonun Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbində baş tutub.

Belə ki, şagirdlər sıra düzülüşü ilə azad olunmuş rayon və şəhərlərin adlarını yazıblar.

Qeyd edək ki, fləşmobda təxminən 600-ə yaxın şagird iştirak edib.