Şəmkir rayonunun Kür qəsəbəsində bir neçə nəfər arasında mübahisə yaranıb, 2 nəfər xəsarət alıb. Bu barədə Report 3 iyun tarixində xəbər verib.
Rayon sakinləri, 36 yaşlı Nazim Mirzəyev, qardaşı, 31 yaşlı Natiq Mirzəli ilə 35 yaşlı Elmin Kazımov, 26 yaşlı Xətai Kazımlı və Ayxan Məmmədov arasında mübahisə düşüb.
Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.
Nəticədə N.Mirzəyev və N.Mirzəli qardaşları müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.