Lənkəran: ata 9 yaşlı övladını öldürüb və intihar edib

Lənkəranda ata azyaşlı oğlunu qətlə yetirib, sonra isə özü intihar edib. Bu haqda Report sentyabrın 3-də məlumat verib.

Rayonun Zövlə kəndində 1979-cu il təvəllüdlü Şaiq Məmmədov 9 yaşlı oğlunun boğazını kəsib, daha sonra özü də damarını kəsərək intihar edib. Hər iki meyit bu gün qohumları tərəfindən çayda aşkarlanıb.

Şaiq Məmmədovun yaxınları bildirir ki, o həbsdə olub və həyat yoldaşından boşanıb. Azyaşlı anası ilə yaşayıb, amma bir müddət əvvəl o atasının yanına qayıdıb.

Faktla bağlı araşdırma aparılır.

Cari ilin birinci yarısında 15 minə yaxın cinayət hadisəsi qeydə alınıb. Onlardan qəsdən adam öldürmə və adam öldürməyə cəhdlərin sayı 109 təşkil edir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Lənkəran: ata 9 yaşlı övladını öldürüb və intihar edib”

Tövsiyə xəbərlər