Lənkəranda narkotiklərin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb. Onlardan bir neçəsi oğurluqda da şübhəli bilinir. Bu haqda DİN oktyabrın 1-də məlumat verib.
Saxlanılan şəxslərin üzərində satış üçün hazır bükümlərdə olan heroin, metamfetamin və elektron tərəzi aşkarlanıb.
Saxlanılan iki nəfərin bir neçə məişət və təmir tikinti avadanlıqlarını oğurladıqları məlum olub.
Narkotik vasitələrin satışında şübhələnənlərdən birinin başqa şəxs ilə əlbir olaraq 3 ev və 3 mağazadan qızıl-zinət əşyaları, nağd pul, danışıq kartları və tütün məmulatlarını oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.