Lənkəranda 35 kiloqramdan çox narkotik aşkarlanıb

Lənkəran rayon Tütəpeştə kənd sakini 3 sentyabr tarixində narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olduğuna görə saxlanılıb. Saxlanılan şəxsin üzərində 47 qramdan çox marixuana aşkarlanıb, evində isə 4 kiloqramdan çox marixuana və kultivasiya yolu ilə yetişdirilən 31 kiloqramdan çox çətənə kolu aşkarlanıb. Bu barədə DİN məlumat verib.

Faktla bağlı araşdırma davam edir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Lənkəranda 35 kiloqramdan çox narkotik aşkarlanıb”

Tövsiyə xəbərlər