narkotik

Lənkəranda əməliyyat: 13 narkotacir saxlanılıb

Lənkəranda keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 13 nəfər saxlanılıb. Bu barədə sentyabrın 18-də Daxili İşlər Nazirliyindən məlumat verilib.

Ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, 44 kiloqramdan artıq çətənə kolu və elektron tərəzilər aşkar edilərək götürülüb.

Eyni gündə Şəmkirdə çətənə kollarını yetişdirən rayonun Qaracaəmirli kənd sakini saxlanılıb. Onun sahəsinə baxış zamanı orada çəkisi 20 kiloqrama yaxın çətənə kolu və 485 qram marixuana aşkar olunub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Lənkəranda əməliyyat: 13 narkotacir saxlanılıb”

Tövsiyə xəbərlər