Lənkəranda 21 sentyabr tarixində keçmiş məhkum narkotik satarkən saxlanılıb. Bu haqda DİN məlumat verib.
Saxlanılan şəxsin üzərindən 25 qram heroin, 6 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanıb. Onun evindən isə 1 kiloqramdan çox heroin götürülüb.
Faktla bağlı araşdırma davam edir.
DİN-in məlumatına əsasən, ötən il Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı beş mindən çox cinayət hadisəsi qeydə alınıb. Bu, ölkədə baş vermiş qanunsuz əməllərin 20%-ni təşkil edib.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.