TÖVSİYƏ XƏBƏRLƏR

Lütfi Zadə adına məntiq olimpiadasının keçiriləcəyi tarix açıqlanıb

Lütfi Zadə adına məntiq olimpiadası aprelin 2-də keçiriləcək. Bu haqda Təhsil İnstitutu məlumat verib.

Şagirdlər 1 aprel 2022-ci il tarixi saat 12:00-a qədər buraxılış vərəqələrini portal.edu.az platformasına daxil olaraq əldə edə bilərlər.

Olimpiada Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur.

Məqsəd yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaqdır.