Laçın və Şuşa sakinləri 29 il sonra doğma yurdlarına səfər edir

Bu gün, avqustun 26-da Şuşa və Laçın sakinləri 29 il sonra doğma yurdlarına səfərə yola düşüblər.

Səfər çərçivəsində sakinlərə öz doğma şəhərlərində olan evlərini görmək, yaxınlarının məzarlarını ziyarət etmək, tarixi və dini məkanlara getmək üçün şərait yaradılacaq.

Bu, Şuşa şəhərinə təşkil olunan ikinci səfərdir. Bundan əvvəl, avqustun 19-da 50 nəfər Şuşa sakini şəhərin azad olunmasından sonra ilk dəfə oranı ziyarət edib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Laçın və Şuşa sakinləri 29 il sonra doğma yurdlarına səfər edir”

Tövsiyə xəbərlər