TÖVSİYƏ XƏBƏRLƏR

Laçın bulvarında bayram konserti olacaq

Laçın şəhərində Zəfər Günü münasibətilə Bayraq yürüşü keçirilib. Bu barədə 8 noyabr tarixində Report məlumat verib.

Yürüşdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, “Bakı Abadlıq” MMC-nin rəsmiləri, Laçın sakinləri, hərbçilər, hüquq mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Bayraq meydanından başlayan yürüş Seyrəngah adlı əraziyə qədər davam edib.

Seyrəngahda tədbirin bədii hissəsi keçirilib. Saat 15:00-da isə Laçın bulvarında bayram konserti olacaq.