TÖVSİYƏ XƏBƏRLƏR

“Laçın” sərhəd-buraxılış məntəqəsində növbəti dəfə erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

Bu barədə 16 sentyabr tarixində Report xəbər verib.

Bu gün məntəqədən BQXK-ya məxsus ümumilikdə 7 nəqliyyat vasitəsi keçid edib.

Həmin nəqliyyat vasitələrində BQXK-nın üzvləri, sürücülər, müşayiətçilər, tibb işçisi və xəstələrdən ibarət ümumilikdə 15 şəxs olub. Onlardan 8 nəfərinin xəstə olduğu bildirilir. Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Eyni zamanda Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx