TÖVSİYƏ XƏBƏRLƏR

Laçın-Xankəndi yolu: avtomobillərin sərbəst keçidi davam edir

Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.  Bu barədə İnsanoid bu gün, 22 mart tarixində xəbər verir.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq keçirilən aksiyanın 101-ci günüdür. Bu gün Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 2 minik avtomobili Laçın istiqamətində maneəsiz keçid edib.

Bundan əlavə, sülhməramlılara məxsus 1 yük avtomobili Laçından Xankəndi, 2 minik və 27 təminat və təchizat avtomobili isə Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx