Laçında ekskavator tank əleyhinə minaya düşüb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 13 sentyabr tarixində xəbər verir.
Bu gün saat 16:00 radələrində Laçın rayonunun Qazıdərə kəndinin ərazisində Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskavator tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, texnikaya maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.