TÖVSİYƏ XƏBƏRLƏR

Laçının Zabux kəndinə daha 25 ailənin köçü başlayıb

Yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu barədə Report 18 noyabr tarixində xəbər verib.

Bu gün Laçın rayonunun Zabux kəndinə daha 25 ailənin köçü başlayıb.

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində daha 103 nəfər kəndə yola salınıb.

Noyabrın 16-da Laçın rayonunun Zabux kəndinə yola düşən növbəti köç karvanı ünvanına çatıb. Zabux kəndi həmin gün 25 ailəyə qucaq açıb və daha 94 nəfərin yurd həsrəti bitib.

Bununla da Zabuxa qayıdan ailələrin sayı 71-ə, sakinlərin sayı isə 291 nəfərə çatıb.

Zabux sakinləri üçün doğma kəndlərində yenidən tikilən evlərdə bütün lazımi şərait yaradılıb.