Lahıcda misgərlik mağazasından oğurluq edən 2 qardaş saxlanılıb. Bu haqda aprelin 21-də Report məlumat yayıb.
Onlar 10 000 manata yaxın olan – 400 illik tarixə malik məcməyi, eləcə də ötən əsrin əvvəllərinə aid misdən hazırlanmış qədimi məişət əşyaları oğurlayıblar.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.