TÖVSİYƏ XƏBƏRLƏR

Lənkəran: avtomobil qaztənzimləyici qurğuya çarpılıb, bir nəfər ölüb

Lənkəranda yol qəzası baş verib, bir nəfər ölüb, bir nəfər yaralanıb. Bu  barədə 4 noyabr tarixində Report məlumat verib.

Hadisə şəhərin Hənifə Abdullayev küçəsində baş verib.

Belə ki, “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaztənzimləyici qurğuya və elektrik dirəyinə çarpılıb. Nəticədə bir nəfər hadisə yerində ölüb, bir nəfər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.