Lənkərana sentyabrın 18-də qonaq gedən şəxs qəfildən dünyasını dəyişib. Bu barədə APA məlumat yayıb.
Hadisə dəniz kənarındakı “Beluqa” adlı məkanda baş verib. Paytaxtdan istirahətə gələn 1972-ci il təvəllüdlü Hicran Cəfər oğlu Hüseynovun hansı səbəbdən vəfat etdiyi bilinmir.
Meyit müayinə olunması üçün morqa aparılıb.
Faktla bağlı araşdırma aparılır.