TÖVSİYƏ XƏBƏRLƏR

Lənkəranda 37 yaşlı kişi iş yerində intihar edib

Lənkəranda kişi iş yerində intihar edib. Bu barədə İnsanoid Cenublu.az-a istinadən bu gün, 7 iyun tarixində xəbər verir.

Mikrorayon ərazisində yerləşən sexlərin birində kondisioner və paltaryuyan maşınların təmiri ilə məşğul olan 37 yaşlı Göyşaban kənd sakini Elmar Ağayev iş yerində özünü asıb.

Aidiyyəti orqanlara hadisə ilə bağlı məlumatı səhər saatlarında iş yerinə gələn işçilər veriblər. İntiharın səbəbi məlum deyil. İlkin məlumatlara əsasən, həmin şəxsin çoxlu borcu olub.

Faktla bağlı araşdırma aparılır.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx