TÖVSİYƏ XƏBƏRLƏR

Lənkəranda avtomobil 14 yaşlı yeniyetməni vurub

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 30 may tarixində xəbər verib.

Hadisə rayonun Səpnəkəran kəndi ərazisində baş verib.

Lerik rayonunun Rvarud kənd sakini, 49 yaşlı Ehram Muradov idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən 14 yaşlı Səpnəkəran kənd sakini Rəvayət Fərəcovanı vurub.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra onun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsində zəruri tibbi yardım göstərilərək özəl klinikaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx