Lənkəranda kişinin üstünə spirallı qızdırıcı aşıb

Lənkəranda kişinin üstünə spirallı qızdırıcı aşıb

Lənkəranda ahıl kişi faciəli şəkildə ölüb. Bu barədə Oxu.az 21 yanvar tarixində məlumat verib.

Şəhərin Həzi Aslanov küçəsində 72 yaşlı Səfərəli Abdullayev burada yerləşən köşkdə gecə saatlarında oturduğu stulda yuxuya gedib. Bu zaman oradakı spirallı qızdırıcı onun üzərinə aşıb. Nəticədə S.Abdullayevin ayaqları yanıb.

Ətrafda olanların köməyi ilə yaralı xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx