Lənkəranda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu barədə Report 2 oktyabr tarixində xəbər verib.
Hadisə rayonun Gərmətük kəndi ərazisində qeydə alınıb.
10 OG 379 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı mikroavtobusun 77 AC 245 dövlət qeydiyyat nişanlı “KİA” markalı avtomobillə toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar – Lənkəran rayonunun Türkəkəran kənd sakini, 32 yaşlı Camalə Cəfərova, Astara rayonunun Şiyəkəran kənd sakini, 22 yaşlı Sevinc Məmmədova, Astara rayonunun Şahağacı kənd sakini, 29 yaşlı İlkin Mikayılov, Astara rayonunun Şiyəkəran kənd sakini, 18 yaşlı Nərmin Qulamova və Astara rayonunun Motlayataq kənd sakini, 17 yaşlı Nurşad Cəfərov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Yaralılar xəstəxananın acil şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
