TÖVSİYƏ XƏBƏRLƏR

Lənkəranda qalmaqal: icra başçısının müavini erkən nikahın razılığına 4000 manat alırdı

Lənkəran icra başçısının müavini Rasilə Əliyeva erkən nikaha icazə verilməsi qarşılığında 2500-4000 manat alırmış. Bu haqda iyulun 20-də “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat paylaşıb.

Sədrin sözlərinə görə, erkən nikah haqda razılaşma Rasilə Əliyevanın kabinetində həll olunurdu.

Məlumata əsasən, sakinlər icra başçısı müavini haqda şikayət etsələr belə, onların müraciətlərinə baxılmayıb. Məişət zorakılığı və erkən nikah faktlarının olmadığını bildirən polis də bunlara göz yumub.

Lənkəran icra başçısının müavini Rasilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova 9-cu sinif şagirdinin döyülməsində ittiham olunurlar. İcra başçısı müavinidirektor öz vəzifələrindən azad ediliblər. Onlar barəsində “vəzifə səlahiyyətlərini aşma” maddəsilə cinayət işi başlanıb.

Fiziki zorakılığa məruz qalan 15 yaşlı qızla reabilitasiya işlərinə başlanılıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx