Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Lənkəranda qanunsuz yolla əldə olunmuş odun aşkarlanıb

Lənkəran rayonunda qanunsuz meşə materialının daşındığı müəyyən edilib. Bu barədə İnsanoid Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bu gün, 30 yanvar tarixində xəbər verir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı Qubadlı rayon sakini Rafəddin Həsənəliyevin idarə etdiyi 12-BH-750 dövlət nömrə nişanlı “QAZ 53” markalı nəqliyyat vasitəsinin yük yerində qanunsuz yolla əldə olunmuş 5 kubmetr həcmində odun aşkar olunub:

“Lerik rayonunda keçirilən nəzarət tədbirləri zamanı isə rayon sakini Qabil Qubadova məxsus həyətyanı sahədəki ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 0,9 kubmetr həcmində işlik meşə materialı müəyyən edilib”.

B.Məhəmmədovun sözlərinə görə, meşə materiallarının haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı hazırda araşdırma aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx