TÖVSİYƏ XƏBƏRLƏR

Lənkəranda Rusiya vətəndaşı piyadanın ölümünə səbəb olub

Lənkəranda Rusiya vətəndaşı piyadanı vuraraq öldürüb. Bu barədə Report 30 yanvar tarixində məlumat verib.

Hadisə yanvarın 30-u saat 05:00 radələrində Yeni Ələt-Astara-İran sərhədi avtomobil yolunun rayonun Boladi kəndi ərazisindən keçən hissəsində baş verib.

Rusiya Federasiyası vətəndaşı, 61 yaşlı Arsen Temirbekov idarə etdiyi “Volvo” markalı yük avtomobili ilə Astara rayonu istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada, 48 yaşlı Mərdan Hüseynovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx