Latviya Prezidenti Eqils Levits martın 8-də Azərbaycana rəsmi səfər edəcək. Bu barədə 6 mart tarixində Report məlumat verib.
Latviya dövlət başçısı Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcək.
E.Levitsin martın 9-dan 11-dək Bakıda keçiriləcək Qlobal Bakı Forumunda iştirakı nəzərdə tutulub.
Xatırladaq ki, X Qlobal Bakı Forumu “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda keçiriləcək. Forumda enerji təhlükəsizliyi məsələləri, Avrasiya məkanında nəqliyyat dəhlizlərinin aktuallığı, Çinin qlobal inkişafda rolu və digər məsələlər müzakirə ediləcək.