Lerikdə dağlıq ərazidə meşə yanğını baş verib

Avqustun 23-də Lerik rayon Soru kəndinin yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə meşədə yanğın hadisəsi baş verib. Bu haqda FHN məlumat verib.

İlkin məlumata əsasən, dağlıq ərazidə kol-kos və qurumuş ağac kötükləri yanır.

Hadisə yerinə FHN-in əməkdaşları, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, 1 ədəd helikopter və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin işçiləri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Avqustun 21-də Lerik rayon Haftonu kəndinin yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə də yanğın hadisəsi baş vermişdir. Həmin ərazidə 1 hektar sahədə quru ot, kol-kos və ağac kötükləri yanmışdır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Lerikdə dağlıq ərazidə meşə yanğını baş verib”

Tövsiyə xəbərlər