Avqustun 21-də Lerik rayon Haftonu kəndinin yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi baş verib. Bu haqda FHN məlumat verib.
İlkin məlumata əsasən, 1 hektar sahədə quru ot, kol-kos və ağac kötükləri yanır.
FHN əməkdaşları yanğının söndürülməsi istiqamətində işlər aparırlar.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.