TÖVSİYƏ XƏBƏRLƏR

Lerikdə 4 obyekt sahibi cərimələnib

Təbii su hövzələrinə çirkab suların axıdılması, su obyektlərinin mühafizəsi qaydalarının pozulması və qanunsuz odun tədarükü faktları aşkar olunub. Bu barədə 30 avqust tarixində APA Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verib.

Aşkarlanan faktlarla bağlı “su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə” və “Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulması” maddələrinin tələblərini pozan ümumilikdə 4 vəzifəli və 1 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx