Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ADR-in qurucularından olan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib.
Bu barədə 20 yanvar tarixində o, öz Twitter hesabında paylaşım edib.
“20 Yanvar günündə Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad etmək üçün görkəmli ictimai-siyasi xadim, ADR-in qurucularından olan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət etdik. “Torpaq əgər uğrunda ölən varsa, Vətəndir” – diplomat bildirib.
20 Yanvar günündə #Azərbaycan|ın müstəqilliyi və bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin xatirəsini yad etmək üçün görkəmli ictimai-siyasi xadim, ADR-in qurucularından olan Əlimərdan bəy Topçubaşinin məzarını ziyarət etdik.
Torpaq əgər uğrunda ölən varsa Vətəndir!🇦🇿 pic.twitter.com/0PxavnmXI2
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) January 20, 2023
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.