Daşkəsən rayonu ərazisinə güclü leysan yağışları yağıb. Bu barədə APA 26 may tarixində xəbər verib.
Mayın 25-i saat 19:00 radələrindən başlayan leysan yağışları rayon mərkəzi də daxil olmaqla ayrı-ayrı kəndlərdə bəzi elektrik transformatorlarına və dirəklərinə, qaz xətlərinə, fərdi yaşayış evlərinin dam örtüklərinə, əkin sahələrinə, meyvə bağlarına zərər vurub, yollarda sel sularının gətirdiyi palçıq kütlələri və qaya daşları nəqliyyatın hərəkətinə çətinliklər yaradıb.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən axşam saatlarından başlayaraq, dərhal daxili imkanlar hesabına qabaqlayıcı tədbirlər görülüb, yerli idarə və xidmət sahələrinə tapşırıqlar verilib.