Cari ilin dekabrın 28-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-formal sammiti keçiriləcək. Tədbirdə Prezident İlham Əliyev də iştirak edəcək. Bu barədə 24 dekabr tarixində Sputnik-Azərbaycan xəbər verib.
Tədbirdə, həmçinin Belarusun, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Türkmənistanın, Özbəkistanın Prezidentləri və Ermənistanın Baş naziri də iştirak edəcək. Bundan əlavə, sammitdə Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin də iştirakı gözlənilir.
Ənənəvi qeyri-formal sammit Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçiriləcək.