Azərbaycan Prezidenti İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu haqda dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, xarici ölkənin nümayəndəsi Cənubi Qafqaz regionuna səfər edir. O, dünən Gürcüstana səfəri başa vurduqdan sonra ölkəmizə gəlib. Daha sonra ATƏT sədri Ermənistana yola düşəcək.
Bildirilib ki, səfərin məqsədi regionda əməkdaşlığın, dialoqun və sabitliyin inkişafına töhfə verməkdir.