İlham Əliyev BMT-nin 76-cı sessiyasında çıxış edib

Sentyabrın 23-də Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxış edib.

Prezident bildirib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olduğunu bəyan edib. Lakin Ermənistan hələ də müsbət reaksiya verməyib.

İlham Əliyevin sözlərinə əsasən, Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməkdən imtina edir. Beynəlxalq birlik İrəvanı Bakıya mina xəritələrinin verməsinə məcbur etməlidir.

“Qarabağ münaqişəsi keçmişdə qalıb. Artıq Azərbaycanda Dağlıq Qarabağ adlanan inzibati ərazi yoxdur. Yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsək, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik”, – deyə İlham Əliyev bildirib.

“Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Ermənistan onlarla bağlı bizə məlumat verməlidir. BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır”, – Prezident əlavə edib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “İlham Əliyev BMT-nin 76-cı sessiyasında çıxış edib”

Tövsiyə xəbərlər