İlham Əliyev FRANCE 24-ə müsahibəsində: Fransa Ermənistan tərəfini seçdi

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də Fransanın “FRANCE 24” telekanalına müsahibə verib.

Müsahibə zamanı ölkə başçısı Fransa müxbirinin sualına cavab olaraq bildirib ki, o Ermənistan Baş naziri Nikol Paşinyanla görüşməyə qarşı deyil: “Azərbaycan heç vaxt, hətta müharibə zamanı, hətta işğal zamanı yüksək səviyyəli təmaslara etirazını bildirməyib. Minsk qrupunun həmsədrləri görüş təklifi ilə çıxış etsələr, biz buna qarşı çıxmarıq”.

Prezident qeyd edib ki, Qarabağ münaqişəsi artıq öz həllini tapıb: “Hazırda biz gələcəkdən, sülhdən və bölgənin təhlükəsizliyindən danışmalıyıq”.

İlham Əliyev vurğulayıb ki, müharibə zamanı Fransa özünü vasitəçi kimi aparmayıb. “Fransa tərəf seçdi – Ermənistanın tərəfini. Özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi”, – deyə Prezident əlavə edib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “İlham Əliyev FRANCE 24-ə müsahibəsində: Fransa Ermənistan tərəfini seçdi”

Tövsiyə xəbərlər