Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Bu barədə Prezidentin rəsmi səhifəsində məlumat verilib.
Görüş zamanı İlham Əliyev vurğulayıb ki, tərəflər arasında iqtisadi inkişaf sahəsində irəliləyiş var və ticarət dövriyyəsi artıb: “Ölkələrimiz arasında siyasi əlaqələrin gücləndirilməsi nəinki təkcə bizim xalqlarımız üçün, eyni zamanda, bütün region üçün önəmlidir”.
İrakli Qaribaşvili qeyd edib ki, Gürcüstan siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrin güclənməsində, regionda sülh və sabitliyin olmasında maraqlıdır.
Had a wonderful meeting w/ @presidentaz discussing 🇬🇪-🇦🇿 relations & importance of regional transformation. Touched upon topics of bilateral importance, strategic partnership & explored new avenues for furthering our cooperation. pic.twitter.com/BKVmyp83n0
— Irakli Garibashvili (@GharibashviliGe) September 29, 2021
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.