İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarına səfər ediblər

Avqustun 16-da Azərbaycanın prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.

Səfər zamanı onlar Murovdağda və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunellərin, Laçın Beynəlxalq Hava Limanının təməllərini qoyublar.

Prezident “Kəlbəcər” yarımstansiyasının da açılışını edib. Onun sözlərinə görə, yarımstansiya qısa müddətdə – cəmi altı ay ərzində inşa edilib və Kəlbəcəri elektrik enerjisi ilə təmin edəcək.

Daha sonra İlham Əliyev Kəlbəcər şəhərində dövlət bayrağını ucaldıb və orada çıxış edib.

Həmçicinin səfər çərçivəsində dövlət başçısı Kəlbəcər şəhərindəki N saylı hərbi hissədə və “İstisu” sanatoriyasında olub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarına səfər ediblər”

Tövsiyə xəbərlər