TÖVSİYƏ XƏBƏRLƏR

Lisey və gimnaziyalara ərizə qəbulu başa çatıb

Bu gün saat 17:00-da 2023-2024-cü tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara ərizə qəbulu başa çatıb. Bu barədə 6 iyun tarixində Elm və Təhsil Nazirliyi məlumat verib.

Proses portal üzərindən həyata keçirilib.

Lisey və gimnaziyalara siniflər üzrə şagird qəbulu aşağıdakı tarixlərdə aparılacaq:

∙ 16 iyun 2023-cü il tarixində VII və VIII siniflərə qəbul (hazırda VI və VII sinifdə təhsil alanlar üçün);

∙ 17 iyun 2023-cü il tarixində VI siniflərə qəbul (hazırda V sinifdə təhsil alanlar üçün);

∙ 18 iyun 2023-cü il tarixində V siniflərə qəbul (hazırda IV sinifdə təhsil alanlar üçün).

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx