TÖVSİYƏ XƏBƏRLƏR

Lisey və gimnaziyaların boş qalan yerlərinə seçim mərhələsinin nəticələri bəlli olub

Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinin nəticələri açıqlanıb. Bu barədə 28 avqust tarixində Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Şagirdlərin nəticələri ilə elektron yerdəyişmə portalında onların şəxsi kabinetinə daxil olaraq tanış olmaq mümkündür. Eyni zamanda şagirdlərin sənədləri qəbul olduqları müəssisəyə təqdim edilə bilər.

Sənəd qəbulu avqustun 28-dən başlayaraq 30 avqust saat 16:00-dək davam edəcək.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx