Liviyanın Derna şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 7 minə çatıb. Bu barədə Liviya Nümayəndələr Palatasının (parlament) rəsmi nümayəndəsi Abdalla Belhak bildirib.
Bu barədə 13 sentyabr tarixində İnsanoid xarici KİV-yə istinadən məlumat verir.
“Minlərlə cəsəd hələ də şəhərin küçələrində və ya dənizdə qalıb. Onları dəfn etməyə imkanımız yoxdur”, – o deyib.
Qeyd edək ki, Yunanıstan və Bolqarıstanda daşqınlara səbəb olan “Daniel” qasırğası sentyabrın 11-də Liviyaya çatıb.