TÖVSİYƏ XƏBƏRLƏR

Liviyada “Daniel” qasırğasından sonra səhrada göllər və çaylar peyda oldu – FOTO

Aralıq dənizi qasırğası – “Daniel” Afrikanın şimalında yerləşən Liviyada səbəb olduğu daşqınlardan sonra səhrada göllər və çaylar peyda olub. Bu barədə İnsanoid bu gün, 15 sentyabr tarixində xəbər verir.

Redinq Universiteti alimlərinin sözlərinə əsasən, “Daniel” il ərzində bir və ya üç dəfə görülə bilən nadir qasırğadandırlar.

Yer kürəsini müşahidə edən “Sentinel-2” peyki təbii fəlakətin miqyasını qeydə alıb.

Kadrlardan aydın olur ki, səhrada göllər və çay sistemləri yaranıb.

“Daniel” qasırğasının nəticələrinin görüntüləri, həmçinin ABŞ Milli Okean və Atmosfer Administrasiyasının peykləri tərəfindən çəkilib. Gecə çəkilən bu görüntülər qasırğanın gəlişindən sonra elektrik enerjisinin kəsilməsinin miqyasını göstərir. Bir çox ərazilərin işıqsız qaldığını görmək olar.

Liviya səhrada göllər çaylar
Foto Focus.ua saytı

Amerikanın “Planet Labs” şirkətinin peykləri Derna şəhərində qasırğadan sonrakı dağıntıların ətraflı görüntülərini çəkib.

Liviya səhrada göllər çaylar
Foto Focus.ua saytı

Elm adamları, həmçinin “Sentinel-3” və “Meteosat 11” peykləri tərəfindən çəkilmiş görüntüləri əldə ediblər. Kadrlarda “Daniel” qasırğasının Sahara səhrası üzərində tüğyan etməsi əks olunub.

 

Liviya səhrada göllər çaylar
Foto Focus.ua saytı

Son məlumatlara görə, Liviyada fəlakət qurbanlarının sayı səkkiz mini keçib. Bundan başqa 20 minə yaxın adamın itkin düşdüyü bildirilir.

Liviya səhrada göllər çaylar
Foto Focus.ua saytı
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx