Liviyada daşqınlar nəticəsində ölənlərin sayı 3 000 nəfərə çatıb. Bu barədə 12 sentyabr tarixində İnsanoid xarici KİV-yə istinadən məlumat verir.
Qeyd olunub ki, təbii fəlakət nəticəsində itkin düşənlərin sayı minlərlədir.
Hökumət “Daniel” siklonunun yaratdığı fəlakətli daşqın və yağışdan zərər çəkmiş şərq bölgələrində fövqəladə vəziyyət elan edib.