Ölkədə bütün təhsil müəssisələrində ənənəvi tədris bərpa edilir

Bu gündən Azərbaycanda V-XI siniflərdə və ali məktəblərdə dərslər başlayır. Bu barədə Təhsil Nazirliyi sentyabrın 29-da məlumat yayıb.

Tədrisin ənənəvi qaydada həyata keçiriləcəyinə baxmayaraq, Elmi Şuraların qərarı ilə bəzi universitetlərdə mühazirələr onlayn şəkildə oxunacaq.

Yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində 1,5 milyondan çox şagirdin təhsil alacağı nəzərdə tutulur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblər üzrə isə 470 mindən artıq şagird təhsil alacaq.

Bundan əvvəl, sentyabrın 22-də yeni tədris ilində dərslərin təşkili ilə bağlı bir neçə dəyişikliklər edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Ölkədə bütün təhsil müəssisələrində ənənəvi tədris bərpa edilir”

Tövsiyə xəbərlər