Son günlər əhali arasında yayılan xəstəlik koronavirusla əlaqəli deyil. Bu haqda martın 31-də Səhiyyə Nazirliyinin infeksionisti Təyyar Eyvazov APA-ya məlumat verib.
Bildirilib ki, hazırda insanlar arasında qusma ilə müşayiət olunan xəstəliyin rotavirus və ya digər viruslarla əlaqəli olması güman olunur.
“Ölkədə əhalinin təxminən 48%-i iki doza, 31%-i isə buster doza almışdır. Bunlar hələ də epidemiyanın sönməsi üçün tam yetərli olmasa da, əksər məhdudiyyətlərin götürülməsinə baxmayaraq, yoluxma hallarında xeyli azalmalara gətirib çıxarıb” – deyə qurumun nümayəndəsi əlavə edib.