Azərbaycanda “iPhone 13” seriyasının satışı oktyabrın 15-dən start götürəcək. Bu barədə “Apple” brendinin rəsmi tərəfdaşları məlumat verib.
Hazırda bəzi şəbəkələr və ya fərdi sahibkarlar rəsmi məhsul adı ilə indidən smartfonları alıcılara təklif edirlər. Həmin telefonlar qeyri-rəsmi məhsuldur və zəmanət xidmətindən məhrum olacaqlar.
Qeyd edək ki, ölkədə “Apple” brendinin rəsmi şəbəkələri yalnız “Alma Store”, “İrşad”, “Baku Electronics”, “Kontakt Home” və “MyShop” mağazalarıdır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.