Azərbaycanda son sutkada COVID-19 əleyhinə 67 400 nəfər vaksinasiya olunub. Bu barədə Operativ Qərargah sentyabrın 28-də məlumat yayıb.
Birinci mərhələ üzrə 16 357, ikinci mərhələ üzrə isə 51 043 nəfər peyvənd vurdurub.
Ölkədə koronavirus infeksiyasına qarşı vurulan peyvəndlərin ümumi sayı 8 417 975 nəfər təşkil edir. Tam vaksinasiyadan 3 687 843 nəfər keçib.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.