Azərbaycanın televiziya və radio kanallarının fəaliyyətində növbəti kompleks profilaktika işlərinə görə müvəqqəti fasilə yaranıb. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İB-dən sentyabrın 6-da məlumat verilib.
Bildirilib ki, bu gün saat 06:00-dan başlanan kompleks profilaktika işlərinin saat 15:00-dək tam başa çatdırılması nəzərdə tutulub. Bu müddət ərzində ölkədə radio və televiziya proqramlarının yayımında fasilə olacaq.
Sözügedən işlərin məqsədi yayım avadanlıqlarında müvafiq test-yoxlama, təmir-bərpa və digər profilaktik işlərin aparılmasıdır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.