Bu günədək ümumi təhsil müəssisələrində çalışan 220 mindən çox təhsil işçisindən 138 min nəfər tam vaksinasiya olunub. Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov avqustun 19-da məlumat yayıb.
Onun sözlərinə görə, 60 mindən çox müəllim peyvənd vurdurmayıb:
“Onlardan 16 500 nəfərin immuniteti var. Bu və ya digər səbəbdən vaksin olunmayanların sayı 42 min nəfərdən çoxdur. İnanırıq ki, növbəti 20-25 gündə təhsil işçiləri arasında vaksinləşmə faizi daha da yüksələcək”.
O həmçinin bildirib ki, vaksin olunmaq ənənəvi qaydada daha çox saatda dərs demək imkanıdır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.