Ölkədə yağışlı hava şəraiti həftəsonuna kimi davam edəcək

Ölkə ərazisində qeyri-sabit fasilələrlə yağmurlu hava şəraiti oktyabrın 1-dək davam edəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən sentyabrın 29-da məlumat verilib.

Kürün yuxarı axınında Qıraqkəsəmən məntəqəsindən keçən suyun həcmi ongünlük normasından 21% çoxdur, aşağı axınında isə Kür-Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr artıb.

Xidmətdən verilən məlumata görə, daha bol yağışlar ölkənin şimal və şərqində qeydə alınıb. Belə hava şəraiti havanın keyfiyyətinin yaxşılaşmasına, təmizlənməsinə və oksigenlə zənginləşməsinə səbəb olur.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Ölkədə yağışlı hava şəraiti həftəsonuna kimi davam edəcək”

Tövsiyə xəbərlər